ABŞ dövlət katibi Hillari Klintonun Yəmənə ilk səfəri zamanı başına qəza gəlib. KƏLAMİNFO türk mətbuatına istinadən xəbər verir ki, səfərin sonunda H.Klinton təyyarəyə minərkən bərk yıxılıb. Özünü itirməyən dövlət katibi dərhal ayağa qalxıb. Rəsmilər dövlət katibinin yıxılması ilə bağlı açıqlama veriblər. Bildirilib ki, Birləşmiş Ştatların dövlət katibi zədə almayıb və H.Klintonun səhhətində heç bir problem yaranmayıb.
|