Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 gün iş olmayacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirlər Kabinetindən veriblər.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, noyabrın 27-si və 28-i Azərbaycanda Qurban bayramı kimi qeyd olunacaq.
İstirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar noyabrın 30-u da qeyri-iş günü elan edilib.
|