Bu gün İranın neft naziri, Neft İxracatçıları Ölkələri Təşkilatı – OPEC-in sədri Seyid Məsud Mirkazemi Azərbaycan gəlib.bu barədə məlumatı KƏLAMİNFO-ya İranın Azərbaycandakı səfirliyindən veriblər. Səfər çərçivəsində, əsasən İran və Azərbaycan arasında neft-qaz sahəsində əlaqələrin genişləndirilməsi, elektrik enerjisi mübadiləsi və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunacaq.
Qonaq səfər zamanı Azərbaycanın bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirəcək. Görüşlərin yekunu olaraq Azərbaycan qazının İrana ixrac olunmasına dair uzunmüddətli sazişin imzalanacağı gözlənilir.
|