Moldovada keçirilən beynəlxalq mətbəx çempionatında kulinarlarımız Azərbaycan mətbəxini yüksək səviyyədə təmsil ediblər. Çempionatın Münsiflər Heyəti onların çıxışına yüksək bal veriblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən veriblər.
Təmsilçilərimiz vətənə 3 qızıl, 2 bürünc medal və 1 fərqlənmə diplomu ilə qayıdıb. Aşpazlar 9 sinif yarışının hamısında yüksək nəticə göstəriblər.
Digər məlumata gorə isə Belçikada Heydər Əliyev Fondunun təşəbbüsü ilə Avropa parlamentinin binasında keçirilən “Azərbaycan mətbəxi” günlərində milli mətbəximiz yüksək səviyyədə təqdim edilib.
|