Sabahdan Azərbaycanın rayonlarında hava yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Hidrometeorologiya Departamentindən veriblər.
Bəzi yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 4-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.
Yanvarın 9-10-da dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi, ayrı-ayrı yerlərdə güclü olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 4-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Bakıda və Abşeron yarımadasında sabah buludlu hava şəraiti üstünlük təşkil edəcək, axşama doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 7-9 dərəcə olacaq.
Yanvarın 9-da hava şəraiti tutqun olacaq. Arabir yağış yağacağı proqnozlaşdırılır. Şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 5-8 dərəcə olacaq.
Yanvarın 10-da da buludlu hava davam edəcək. Arabir yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 5-7 dərəcə təşkil edəcək.
|