Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana səfərinin proqramı açıqlanıb. KƏLAMİNFO Avropa Komissiyasının rəsmi saytına istinadən xəbər verir ki, J.M.Barrozo Azərbaycana Türkmənistandan gələcək.
O, yanvarın 13-də Türkmənistana səfərini başa vurduqdan sonra Bakıya gələcək. Yanvarın 14-də J.M.Barrozonun prezident İlham Əliyev və digər rəsmi şəxslərlə görüşü keçiriləcək. Səfər çərçivəsində bir sıra sənədlərin imzalanması nəzərdə tutulur. Səfər zamanı Azərbaycanla Avropa İttifaqı arasında energetika sahəsində əməkdaşlıq, o cümlədən “Cənub dəhlizi” və “Nabucco” layihələri müzakirə olunacaq. Avropa Komissiyası prezidentini səfərdə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Günter Ottinger müşayiət edəcək.
|