Rusiya Kulturologiya İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş rəssamların və tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi yanvarın 10-a kimi davam edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.
Sərgini Mədəniyyət və Turizm Nazirliyi, nazirliyin Elmi-Metodiki Mədəniyyətşünaslıq Mərkəzi və Rusiya Kulturologiya İnstitutu təşkil edib. Sərgidə rəssamlarımızın Azərbaycana həsr olunmuş əsərləri nümayiş etdirilir. Tətbiqi sənət ustalarının əl işləri isə Azərbaycanın nəsildən-nəslə ötürülən zəngin ənənələrindən xəbər verir.
|