Cari ilin əvvəlindən bankların məcmu kapitalının artımı 7.9% təşkil edib. Mərkəzi Bankdan KƏLAMİNFO-ya verilən məlumata görə, ötən 11 ayda əhalinin əmanətləri 22.8%, kredit qoyuluşları 8.1%, bank aktivləri isə 8,8% artıb.
Dövr ərzində müddətli depozitlərin 30.2% artması bank sisteminə inamın yüksəlməsini xarakterizə edir. Bank nəzarəti üzrə formalaşan Bazel-III standartlarını nəzərə alaraq Mərkəzi Bank özünün makroprudensial çərçivəsini təkmilləşdirib.
|