Milli Televiziya və Radio Şurası tərəfindən 25 noyabr 25 dekabr 2010-cu il tarixədək radio yayımı üçün 103.3-cü tezlik resursuna elan edilmiş müsabiqə başa çatıb. Bu barədə məlumatı AZADİNORM-ya MTRŞ-dan veriblər.
Radio yayımı üçün 103.3-cü tezlik resursuna elan edilmiş müsabiqədə üç iddiaçı, yəni iki hüquqi şəxs – “Golden Prince” MMC (“Azad Xəbər”), “Obyektiv – Televiziya və Radio Yayım Şirkəti” MMC (“Radio Obyektiv”) və bir fiziki şəxs - Cəfərov Rəsul Ağahəsən oğlu (“nativ radio”) sənədlərini Şuraya təqdim edib. Şura tərəfindən "Televiziya və radio yayımı haqqında" AR qanununun tələblərinə uyğun olaraq 1 ay müddətində müsabiqənin nəticələrinə baxılacaq və "Televiziya və radio yayımı haqqında" qanunun 15.5-ci maddəsinin və "Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün keçirilən müsabiqənin Qaydaları"nın tələblərinə uyğun olaraq müvafiq qərar qəbul ediləcək.
|