Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Azərbaycanda yeni yanacaqdoldurma stansiyasını istismara verib. Yeni yanacaqdoldurma məntəqəsi (YDM) Bakının Zığ şossesində yerləşir. KƏLAMİNFO xəbər verir ki, YDM-nin açılış mərasimində şirkətin rəhbəri Rövnəq Abdullayev iştirak edib.
Bu ARDNŞ-in ölkədə istismara verdiyi sayca altıncı YDM məntəqəsidir. Şirkət ümumilikdə Azərbaycanda 26-30 YDM açmağı planlaşdırır.
|