Moskvanın Domodedovo hava limanında 13, "Şeremetyevo" hava limanında 35, "Vnukovo" hava limanında isə 25 reys ləğv edilib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva aeroportlarının işində ötən istirahət günlərindən pis havaya görə nasazlıqlar yaranıb. Ən böyük problemlər "Domodedovo" hava limanında mövcuddur. 100-dən çox reys elektrik enerjisinin verilməsində və güclü yağışın yağması problemlərinə görə şənbə və bazar günləri saxlanılıb. Podolskda yarımstansiyalarda buz bağlamasıyla bağlı olaraq Volodarski qəsəbəsində elektrik məftili kəsilib.
Aeroportda isə 8 min insan reysin bərpa olacağını gözləyir. Dünən axşam saatlarında isə aeroportda elektrik enerjisinin verilməsi bərpa edilib.
|