Türkmənistan prezidenti Qurbanqulu Berdımuhamedov Toylı Komekovu Azərbaycana səfir təyin edib. KƏLAMİNFO xəbər verir ki, Toylı Komekov 2009-cu ildən Prezident yanında Xəzər dənizi ilə bağlı məsələlər üzrə dövlət müəssisəsinin rəhbəri işləyib.
Türkmənistan prezidenti Qurbanqulı Berdımuhamedov təyinatla bağlı müvafiq sərəncam imzalayıb.
T. Komekov son iki il ərzində həm də xarici işlər nazirinin müavini olub və Bakıda keçirilən ikitərəfli danışıqlarda Türkmənistan nümayəndə heyətinə başçılıq edib.
|