Gələn ildən etibarən Fransa, Azərbaycan və Gürcüstan alimləri tərəfindən birgə 2 layihənin icrasına başlanılacaq.
Bu barədə açıqlamanı KƏLAMİNFO-ya müsahibəsində AMEA-nın Xarici əlaqələr şöbəsinin rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Ədalət Həsənov söyləyib.
Ə.Həsənov xatırladıb ki, layihələrin dəstəklənməsi və həyata keçirilməsi ilə bağlı Fransanın müvafiq elmi təşkilatı ilə müqavilə bağlanılıb. Onun sözlərinə görə, icra ediləcək layihələr elmin müxtəlif istiqamətlərinə aiddir və iki il dava edəcək.
|