Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) əməkdaşları Dövlət İdarəçilik Akademiyasının (DİA) tələbələri ilə görüşüb. DQMK-dən KƏLAMİNFO-ya verilən məlumata görə, görüş DİA-da baş tutub.
Görüşdə DQMK-nin Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli, Hüquq sektorunun müdiri Vüqar Əsgərov və Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin aparıcı məsləhətçisi Seymur Alıyev iştirak ediblər.
Görüşdə R.Məcidbəyli DQMK-nin fəaliyyəti, son illər dövlət qulluğu sahəsində aparılan islahatlar, dövlət qulluğuna qəbulla bağlı tətbiq olunan yeniliklər və təmsil etdiyi qurum tərəfindən 2010-cu oktyabr-noyabr aylarında elan edilən müsabiqələrin gedişatı barədə ətraflı məlumat verib.
Sonra R.Məcidbəyli və V.Əsgərov tələbələri maraqlandıran sualları cavablandırıblar.
|