Bu gün Ermənistan Konstitusiya Məhkəməsində (KM) Türkiyə ilə imzalanmış protokollara ilkin baxış keçirilir. İlkin baxış zamanı işin araşdırılmasına əsas olub-olmadığı müəyyənləşməlidir. İş üzrə məruzəçi təyin olunmuş hakim Vladimir Ovannisyan 15 gün ərzində rəyini Konstitusiya Məhkəməsinin sədrinə təqdim etməlidir. Sonrakı 10 gün ərzində sədr məhkəmənin iclasını çağırmalı, bu iclasda işin icraata qəbul edilməsinə dair qərar verilməli və məhkəmə baxışının vaxtı təyin edilməlidir. KM uzağı 3 ay müddətində protokolların Konstitusiyaya uyğun olub-olmadığı ilə bağlı yekun rəyini açıqlamalıdır.
|