Sabah Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanın görkəmli ziyalısı, xalq şairi Nəriman Həsənzadə ilə görüş keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-dan veriblər.
Görüşü giriş sözü ilə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov açacaq. Görüşdə tanınmış ədəbiyyat xadimləri – Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Buludxan Xəlilov, Rüstəm Kamal, millət vəkili Məlahət İbrahimqızı, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc iştirak edəcəklər.
ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Elmira Mustafayeva şairin həyat və yaradıcılığı haqqında məruzə edəcək.
Tədbirdə şairin şerləri oxunacaq, sözlərinə yazılmış musiqilər səslənəcək. ADU tələbələri ədəbi kompozisiyalar təqdim edəcək.
|