“Azərbaycanfilm” kinostudiyası özünün yeni loqotipini yaratmaq üçün müsabiqə elan edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər.
Loqo elektron qrafik formatda və ya kağız üzərində işlənmiş təsvirdən ibarət olmalıdır.
Qalib işin müəllifinə 1000 manat dəyərində mükafat veriləcək.
Müsabiqəyə işləri 2011-ci il fevralın 1-dək “Azərbaycanfilm” kinostudiyasına təqdim etmək lazımdır.
|