Bu gün səhər Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Gürcüstana səfərə yola düşüb. QMİ-dən KƏLAMİNFO-ya daxil olan məlumata görə, bir günlük səfər çərçivəsində A.Paşazadəni, müavinləri Hacı Salman Musayev, Hacı Sabir Həsənli, Fətva komissiyasının sədri Hacı Mirəziz Seyidzadə, millət vəkilləri Fəttah Heydərov və Cavanşir Paşazadə müşayiət edir.
Bütün Gürcüstanın katalikosu II İlyanın qonağı olacaq A.Paşazadə səfər zamanı prezident Mixel Saakaşvili ilə də görüşəcək.
|