Bu gün Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramıdır. KƏLAMİNFO xəbər verir ki, bunula bağlı nazirliyinin əməkdaşları Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdilər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub.
Daha sonra nazirliyin işçiləri Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda şəhid olanların da xatirəsini yad ediblər, “Əbəd məşəl” abidə kompleksinin önünə əklil qoyublar.
Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi 2005-ci il 16 dekabr tarixində Prezident İlham Əliyevin Sərancamına əsasən yaradılıb. Nazirlik bir sıra uğurlara imza atıb.
|