Bu gün “Qarabağ” seçki blokunun Sədrlər Şurasının Ümid Partiyasının qərargahında növbəti toplantısını keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya partiyadan veriblər.
Tədbirdə “Qarabağ” seçki blokunun seçki prosesində iştirakı, fəaliyyəti, bloka olan münasibətləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Yekdil rəylə “Qarabağ” seçki bloku buraxılmış elan olunub. Toplantıda Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli iştirak ediblər.
|