Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Arzu Rəhimov Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Jeno Borosu qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya DMX-dən veriblər.
Görüşdə dost ölkələr arasında miqrasiya sahəsində ikitərəfli münasibətlərin qurulması və inkişafı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
|