Bu gün Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-ın vitse-prezidenti Co Baydenin dəvətiylə Nyu-Yorka səfər edəcək. KƏLAMİNFO Türkiyə mətbuatına istiadən xəbər verir ki,türkiyəli nazir BMT-nin Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək. İraqdakı hazırkı vəziyyət Təhlükəsizlik şurada müzakirə olunan əsas mövzu olacaq. Ə.Davudoğlu BMT-nin Baş katibi Pan Gi Munla da görüşəcək. Türkiyənin xarici işlər nazirinin ABŞ-a səfəri sabah başa çatacaq.
|