Türkiyənin türk dünyası ölkələri ilə əlaqələri bir neçə il bundan əvvəl olduğundan daha sıxdır. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu söyləyib.
O, Türkiyə-Azərbaycan və Türkiyə-Qazaxıstan əlaqələrini xüsusi qeyd edib və onun sözlərinə görə, bu əlaqələr hələ heç vaxt bu qədər sıx olmayıb.
Türkiyəli nazir həmçinin Ermənistan-Türkiyə sərhədinin açılmasına dair vəziyyətdə də heç bir dəyişikliyin olmadığını qeyd edib.
|