Bu il AMEA-nın Şərqşünaslıq İnstitutu tərəfindən 75 elmi tədqiqat işinin yerinə yetirilməsinə başlanılıb. Bu barədə açıqlamanı KƏLAMİNFO-ya müsahibəsində Şərqşünaslıq İnstitutun elmi katibi Zəfər Abdullayev söyləyib.
Onun sözlərinə görə, elmi tədqiqat işinin 33-ü bu il başa çatıb, qalanları isə gələn il yekeunlaşacaq. Cari il ərzində 200-dən artıq məqalənin çap edildiyini diqqətə çatdıran Z.Abdullayev qeyd edib ki, bunun 32-i xaricdə işıq üzü görən elmi jurnallarda nəşr edilib. O, il ərzində Şərqşünaslıq İnstitutunun 21 kitabının da işıq üzü gördüynü qeyd edib.
|