Xarici işlər naziri Elmar Məmmədyarovun Koreya Respublikasına rəsmi səfəri başlayıb. XİN-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya bildiriblər ki, səfər zamanı E.Məmmədyarovun Koreya Respublikasının Xarici İşlər və Ticarət Naziri Kim Sunq-hvan,
Koreya Respublikasının Milli Assambleyasının Spikeri Park Hi Te, Koreyanın Baş Naziri Kim Hvanq-şik ilə görüşləri planlaşdırılır. Görüşlərdə ölkələr arasında münasibətlərin cari vəziyyəti, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi, ticarət və digər məsələlər müzakirə mövzusu olacaq.
|