Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya işgüzar səfərə gedir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfərin məqsədi Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının dekabrın 9-da keçiriləcək iclasında iştirak etməkdir.
Şuranın iclasında 18 məsələ müzakirə olunacaq.
Nazirlər dekabrın 10-da Moskvada keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasına müzakirə olunacaq məsələlərə baxacaqlar.
|