Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Cəlilabad, Lerik və Lənkəranda televiziyaların yayım keyfiyyəti gücləndirilib
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən “Azərbaycan Respublikası pegionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə Tədbirlər Planının 4.3.6-cı (Lənkəran qtisadi rayonu) bəndinə uyğun olaraq Cəlilabad, Lerik və Lənkəran rayonlarında bir sıra işlər görülüb. Bu barədə məlumatı AZADİNFORM-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən veriblər. Məlumatda Cəlilabad rayon mərkəzi ATS-nin rekonstruksiyasının başa çatdırıldığı, mövcud ATS-lərin elektron tipli ATS-lərlə əvəz olunduğu bildirilib. Rekonstruksiya layihəsi çərçivəsində Cəlilabad rayon mərkəzi ATS-nin tutumu 1692 nömrə artırılıb. Cəlilabad rayonu üzrə 2009-2011-ci illər ərzində 2 ədəd yeni poçt şöbəsi binasının tikintisi nəzərdə tutulub. 2009-cu ilin 9 ayı ərzində rayonun 1 saylı Poçt Şöbəsinin yeni binasının tikintisinə başlanılıb və hazırda obyektdə tamamlama işləri aparılır. Dövlət Proqramları çərçivəsində Lerik rayon mərkəzi ATS-nin rekonstruksiyası başa çatdırılıb, mövcud ATS-lər elektron tipli ATS-lərlə əvəz olunub. Rekonstruksiya layihələri çərçivəsində Lerik rayon mərkəzi ATS-nin tutumu 176 nömrə artırılıb. Lerik RTYS-də İTV proqramının yayım keyfiyyətinin yüksəldilməsi məqsədilə gücü 10 kVt olan 44-cü TVK-də işləyən “Vigintos” markalı TV verici, TRT1 proqramının əhatə dairəsinin genişləndirilməsi üçün Lerik RTYS-də 61 TVK-də 5 kVt-lıq Elektronika vericisi, ANS TV və ANS ÇM proqramlarının yayımı üçün 2 ədəd (59 TVK və 92 MHs) 1 kVt-lıq verici, AzTV proqramının yayımının genişləndirilməsi məqsədilə gücü 10 kVt, 9-cu TVK-də işləyən Kvant-Efir markalı verici, Xəzər FM proqramını yayımlamaq üçün gücü 1 kVt olan, 89 MHs tezlikdə işləyən “Vigintos” markalı TV vericisi quraşdırılıb. Lerik RTYS-də mövcud 2 kVt-lıq Elektronika TV vericisi 6 TVK-də “İdman Azərbaycan” proqramının yayımına başlanıb. Proqramın icrası ilə əlaqədar Lerik RTVS-də ehtiyat mənbəyi kimi yeni dizel-generator quraşdırılıb, RTS-də əsaslı təmir işləri aparılıb. Lənkəran şəhərində 2009-2011-ci illər ərzində 6 ədəd yeni poçt şöbəsi binasının tikintisi nəzərdə tutulub. 2009-cu ildə rayonun Şıxəkəran kəndində yeni poçt şöbəsi binasının tikntisinə başlanılıb və işin yaxın günlərdə başa çatdırılması gözlənilir. Lənkəran rayon telefon şəbəkəsinin yenidən qurulması layihəsi çərçivəsində rayonun Tükəvələ kəndində 128 nömrə tutumlu yeni elektron ATS tikilərək istifadəyə verilib. Vilvan, Şağlaser, Kərgələn kənd ATS-ləri rekonstruksiya olunaraq elektron tipli ATS-lərlə əvəz olunub. Layihə çərçivəsində Vilvan ATS-nin tutumu 680 nömrə, Kərgələn ATS-nin tutumu 569 nömrə artırılıb. Veravul kənd EATS-nin tutumu 128 nömrə genişləndirilib. Vilvan kəndində CDMA simsiz telefon şəbəkəsinin 300 nömrə tutumlu baza stansiyası quraşdırılıb və şəbəkənin xidmətləri təşkil olunub. Xatırladaq ki, bu informasiya AZADİNFORM İA-nın Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə həyata keçirdiyi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi layihəsi çərçivəsində hazırlanıb.
         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 19.11.09 | Baxılıb: 392

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30