Bu gün Rusiya prezidenti Dmitri Medvedev Polşaya səfər edəcək. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, paytaxt Varşavada Rusiya prezidentini həmkarı Bronislav Komorovski və baş nazir Donald Tuskom qarşılayacaq.
Polşa mətbuatına müsahibədə D.Medvedev Rusiya-Polşa münasibətlərində əsas problem Polşanın mərhum prezidenti Lex Kaçinskinin faciəvi şəkildə ölümü olduğunu bildirib. Ekspertlər bildirir ki, Medvedevin Polşaya səfəri Rusiya-Polşa arasında olan soyuq buzları əridəcək.
|