Moskvada Rusiya Elmlər Akademiyası Tarixi İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Salavat İshakovun "Məmməd Əmin Rəsulzadə. Əsərlərinin və məktublarının toplusu" adlı kitabı işıq üzü görüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən veriblər.
Kitab ADR-in banisi M.Ə.Rəsulzadənin ölümünün 55-ci ildönümünə həsr olunub. Kitabda M.Ə.Rəsulzadənin 1923-cü ildə Türkiyədə nəşr olunmuş "Azərbaycan Respublikası" əsəri, əvvəllər elmi ictimaiyyətə məlum olmayan, 1920-30-cu illərdə Azərbaycan SSR və SSRİ-də daxili siyasi hadisələrə həsr olunmuş məqalələri, 30-cu illərin sonlarına kimi Parisdə nəşr olunan "Prometey" jurnalındakı yazıları, həmçinin məktubları öz əksini tapıb.
|