Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) jurnalistlər arasında elan etdiyi “Hüquqlar – hamı üçün!” mövzusundakı müsabiqənin nəticələri dekabrın 10-da açıqlanacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli verib.
Z.Məhərrəmi deyib ki, hazırda müsabiqənin Münisflər Heyəti daxil olan məqalələrə baxır. O, müsabiqəyə nə qədər jurnalist yazısının daxil olduğu barədə məlumat verməyib.
Xatırladaq ki, Ombudsmanın elan etdiyi müsabiqə 10 dekabr – Beynəlxalq İnsan hüquqları günü və Avropa İnsan Hüquqları Konvensiyasının 60 illiyinə həsr edilib.
|