Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, əvvəlcə 94 saylı Bərdə kənd seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilib. İclasda Milli Məclisə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərdən birinin qanunla müəyyən edilmiş şikayətvermə müddəti ötürüldüyündən ərizəçinin özünə geri qaytarılması, birinin isə əsassız olduğundan təmin edilməməsi barədə qərarlar qəbul olunub. Komissiyanın iclasında cari məsələlərə də baxılıb.
|