Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankoreli qəbul edib. YAP-ın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə 7 noyabr, 2010-cu il tarixində ölkədə keçirilən parlament seçkiləri və onların nəticələri, parlamentin gələcək fəaliyyəti və s. məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb. YAP İcra katibinin müavini Mübariz Qurbanlı görüşdə iştirak edib.
|