Gələn ilin yanvarında Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİV DDF) informasiya agentlikləri və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı ayrıca müsabiqə elan edəcək. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində KİF DF-nin sədri Vüqar Səfərli bildirib. O, qeyd edib ki, elan olunacaq müsabiqədə layihələrin maliyyə dəyəri hələ müəyyənləşməyib, hazırda bunun üzərində iş gedir. “Bu da gələn ayın ortalarına qədər müəyyənləşəcək. Biz indiki müsabiqəni ona görə ilk olaraq qəzet və jurnallar üçün elan etdik ki, Fondun birinci məqsədi qəzetləri maliyyələşdirməkdir”,-deyə sədr vurğulayıb. Qeyd edək ki, KİV DDF noyabrın 25-də ölkədə fəaliyyət göstərən qəzet və jurnalların layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.
|