Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərpoçt” MMC 6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə yeni poçt obyektlərini istifadəyə verir. RİTN-dən KƏLAMİNFO-ya verilən məlumata görə, bayram ərəfəsində həyata keçirilən tədbirlər çərçivəsində dekabrın 4-də Gəncə və Mingəçevir şəhərlərində müvafiq olaraq 4 və 11 saylı poçt şöbələrinin yeni binalarının açılışı keçiriləcək. Yeni poçt şöbələri binalarının həmçinin Quba rayonun Rustov və Zaqatala rayonunun Car kəndlərində istifadəyə veriləcəyi nəzərdə tutulur. Müasir üslubda tikilmiş poçt şöbələri bütün lazımi texniki avadanlıq və mebellə təchiz olunub.
|