Fövqəladə Hallar Nazirliyinə Bakının Nəsimi və nərimanov rayonlarında, Bakı Metropoliteninin "20 Yanvar" və "Nəriman Nərimanov" stansiyalarına partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya FHN-dən veriblər. Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər və hadisə yerində olan hüquq-mühafizə orqanlarının mütəxəssislərinin apardıqları birgə axtarış işləri nəticəsində həmin stansiyada və yaxınlıqda şübhəli əşya aşkar edilməyib.
|