Ermənistan prezidenti Serj Sarkisyan eks prezident Robert Köçəryanın yaxınlarını ətrafından təmizləmək istəyir. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, hazırda Baş nazirin müavini, R.Köçəryanın ən sadiq kadrlarından biri Armen Qevorkyanın yaxın zamanlarda vəzifəsindən azad ediləcəyi bildirilir. Onun yerinə isə Ermənistan polisinin rəhbəri Alik Sarkisyan gətiriləcək. Ermənistanın eks prezidenti R.Köçəryan isə S.Sarkisyanın yaxın ətrafı ilə iş aparır. Xüsusilə S.Sarksiyandan narazı olan oliqarx və məmurların R.Köçəryanın ətrafında birləşiblər. R.Köçəryan prezidentin ətrafını əmin edir ki, S.Sarkisyan Türkiyə-Ermənistan münasibətlərində olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin həllində də istənilən an istənilən sənədi imzalaya və Qarabağı verə bilər.
|