Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq prlanına uyğun olaraq dekabr ayında bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyi mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirlər Türkiyə və Azərbaycanda təşkil olunacaq. Tədbirlər planına əsasən bu gün Bakıda rabitə mövzusunda təcrübə mübadiləsi və məlumat mübadiləsi üzrə əməkdaşlıq fəaliyyətlərinə həsr olunmuş üçgünlük görüş başlayıb. Bununla yanaşı, Ankarada Azərbaycan və Türkiyə arasında xəritəçilik sahəsində əməkdaşlıq məsələləri üzrə işçi görüşü keçiriləcək.
Azərbaycan hərbçiləri həmçinin İstanbulda “Avrasiya ulduzu 2010” təliminə qatılacaqlar.
|