Bu gün müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Özbəkistanın müdafiə naziri, general-mayor Kabul Berdiyevin dəvəti ilə Daşkənddə rəsmi səfərə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər zamanı ölkələr arasında hərbi əməkdaşlıq və gələcək perspektivlərinin müzakirə olunacağı, Cənubi Qafqaz və Orta Asiya regionunda hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsinin aparılacağı nəzərdə tutulur.
Səfər çərçivəsində Azərbaycanla Özbəkistan arasında 2011-ci il üçün hərbi əməkdaşlıq planının imzalanması planlaşdırılır.
S.Əbiyevin Özbəkistanın yüksək səviyyəli şəxsləri ilə görüşləri də gözlənilir.
|