“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Astana sammitinin əhəmiyyətli olacağını ümid edirəm”. KƏLAMİNFO Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu sözləri ATƏT-in münaqişələrin aradan qaldırılması üzrə mərkəzinin direktoru - səfir Herbert Zalber deyib. Onun sözlərinə görə, sammit münaqişələrin problemlərini həll etməyə imkan verəcək.
ATƏT-in münaqişələrin aradan qaldırılması üzrə mərkəzinin direktoru vurğulayıb ki, sammitdə yaxşı atmosferin olacağına ümid etmək olar. “ATƏT yalnız münaqişələrin həllində kömək edə bilər, məcburən tərəflərə qərar qəbul etdirə bilməz”,-deyə H.Zalber vurğulayıb
|