Azad Rəhimov Dünya Azərbaycanlı gənclərinin I konqresində iştirak etmək üçün Frankfurtà yola düşür
Bu gün gənclər və idman naziri Azad Rəhimov Dünya Azərbaycanlı gənclərinin I konqresində iştirak etmək üçün Almaniyanın Frankfurt şəhərinə yola düşür. Bu barədə məlumatı KƏLAMİNFO-ya Gənclər və İdman Nazirliyindən veriblər.
Almaniyaya səfəri çərçivəsində nazir A.Rəhimov noyabrın 29-da Berlin şəhərində yerləşən Humboldt Universitetində “Azərbaycan tarixi” kafedrasının açılması münasibəti ilə “Azərbaycan Elm və Mədəniyyət Həftəsi”i tədbirlərinə qatılacaq, Alman-Azərbaycan əlaqələrinin inkişafında gənclərin rolu mövzusunda keçiriləcək müzakirələrdə çıxış edəcək.
Qeyd edək ki, A.Rəhimov Almaniyaya İspaniyadan yola düşəcək. Nazir İspaniya Ali İdman Şurasının rəhbəri Xayme Lissavetzkinin dəvəti ilə noyabrın 24-dənbu ölkədə səfərdədir.
|