Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyədən Almaniyaya gedəcək. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində QMİ-nin Xarici Əlaqələr Şöbəsinin müdiri Müqəddəs Payızov bildirib.
“Bir neçə gün əvvəl A.Paşazadə müayinə məqsədilə Almaniyaya gedmişdi. Ancaq azərbaycanlı zəvvarları daşıyan avtobusun Türkiyənin Sivas bölgəsində qəzaya uğraması ilə əlaqədar Bütün Qafqazın Şeyxi təcili olaraq Almaniyadan Türkiyəyə gəldi. Çox güman ki, Türkiyədə işlər qaydasına düşdükdən sonra müayinə və müalicə olunmaq üçün A.Paşazadə yenidən Almaniyaya gedəcək”,-deyə M.Payızov vurğulayıb.
|