Ermənistan prezidenti ATƏT-in Astana sammitində iştirak etməyə bilər. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, ABŞ Ermənistanı məcbur edir ki, Astanada işğal olunmuş iki rayonun azad olunması haqqında sənəd imzalasın. Ankara isə bunun qarşılığında söz verir ki, Ermənistan –Türkiyə sərhədlərinin açacaq. Azad olunmuş rayonlarda isə Polşa, Ruminiya və Macarıstandan olan sülhməramlı qüvvələri yeləşdiriləcək. Amma bu Rusiyanı qane etmir, çünki o NATO-nun regionda güclü olmasını istəmir.
Erməni mətbuatında həmçinin qeyd olunur ki, Astanada 50/50 bərabər olan hansısa sənəd imzalanacaq. Bu səbəbdən Ermənistan prezidenti NATO-nun Lissaon sammitidə olduğu kimi ATƏT-in Astana sammitində də iştirakdan imtina edə bilər.
|