Həcc ziyarətini tamamlayan azərbaycanlı hacıları daşıyan avtobusun Türkiyənin Sivas bölgəsində qəzaya uğraması ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyəyə gedib. Bu barədə məlumatı KƏLAMİNFO-ya QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. O bildirib ki, A.Paşazadə iki gün əvvəl müayinə məqsədilə Almaniyaya gedib. Faciəli xəbəri eşidən kimi o, Almaniyadan Türkiyəyə yollanıb.
|