Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) məktəblilər üçün nəşr etdiyi test kitabçalarının keyfiyyəti haqqında rəy sorğusu keçirməyi qərar alıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Sorğu orta məktəb müəllimlərinə ünvanlanıb. Rəy sorğusunun cavablarını TQDK-nın “Abituriyent” jurnalının redaksiyasına şəxsən təqdim edə, yaxud Komissiyanın poçt ya elektron ünvanına göndərə bilərlər. Bütün ünvanlar TQDK-nın portalında göstərilib.
|