Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Göyçayda möhtəşəm “Nar bayramı” keçirilib
    Bu günlərdə Göyçayda artıq ənənəyə çevrilmiş çox unikal tədbirlərdən növbəti biri - sayca 5-ci olan “Nar bayramı” festivalı keçirilib. Rayon Icra Hakimiyyəti və “Aznar” şirkətinin təşkilatçılığı ilə baş tutan bu möhtəşəm tədbirdə Göyçayın zəngin tarixə və qədim ənənələrə malik olan narçılıq təsərrüfatının məhsulları nümayiş etdirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya “AzNar” QSC-dən veriblər. Göyçayın bütün kəndlərindən olan bağbanlar bu bayrama öz məhsulları ilə qatılıblar. Noyabrın 12-də saat 12-də başlayan bayram mərasiminə milli folklor nümunələrinin təqdimatı ilə start verilib. Müxtəlif xalq oyunlarından ibarət kompozisiyalar nümayiş olunub, kəndirbazlar, pəhləvanlar, illüziyaçılar öz bacarıqlarını göstəriblər, yerli idmançılar nümunəvi çıxışlar ediblər. Daha sonra narla bağlı müxtəlif yarış və müsabiqələr keçirilib. Nar sıxmaq üzrə ən bacarıqlı şəxslər müəyyənləşdirilib. Tədbirdə ən böyük və ən balaca ölçülü narlar nümayiş olunub. Sonda ən böyük narı yetişdirmiş şəxslərin müsabiqəsində qalib gələnlərə mükafatlar verilib. Birinci yeri tutan bağban 1000 manat, ikinci yerin qalibi 500 manat, üçüncü yeri qazanan bağban isə 300 manat məbləğində mükafat alıblar. Mükafatı qaliblərə Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədov “Aznar” şirkətinin adından şəxsən özü təqdim edib. Bundan sonra milli adət-ənənələrimizi tərənnüm edən elementlərlə zəngin olan tədbir yenə folklor nümunələrinin təqdimatı ilə davam etdirilib. Nardan müxtəlif çeşiddə şirələr və narşərab hazırlanıb. Ağbirçək nənələr yuxa bişirib, plov bişirib, milli süfrə açılıb. Sonra tədbirin ikinci, bədii hissəsi keçirilib, böyük konsert proqramı olub. Konsertdə tanınmış incəsənət xadimlərindən Ağadadaş Ağayev, Mələkxanım Əyyubova, Aşıq Samirə, Röya, Aygün Kazımova, Namiq Qaraçuxurlu, “Natiq” ritm qrupu və digərləri iştirak ediblər. Tədbir çərçivəsində “İrəli” gənclər təşkilatı tərəfindən “Bir dünya, min millət” adlı aksiya da keçirilib. Bu aksiyada Azərbaycan başda olmaqla dünyanın 6 ölkəsindən (ABŞ, Rumıniya, Gürcüstan, Rusiya, Türkiyə, Belçika) olan gənclər iştirak ediblər. Millət vəkilləri Şəmsəddin Hacıyev, Elton Məmmədov, Sabir Hacıyev və digərlərinin qatıldığı nar bayramında şəxsən Fərhad Əhmədov tərəfindən dəvət olunmuş xarici qonaqlar da iştirak ediblər. Rusiyanın ölkəmizdəki indiki və keçmiş səfirləri, Belarus səfiri, Türkiyə səfirliyinin nümayəndələri bu tədbirdə Azərbaycan narının şöhrəti ilə yerindəcə tanış olublar. Bütövlükdə isə Azərbaycan narçılıq ənənələrinin yaşadılmasında və təbliğində müstəsna rolu olan “Aznar” şirkətinin və şəxsən Fərhad Əhmədovun böyük maliyyə dəstəyi ilə baş tutmuş bayram tədbiri Azərbaycan torpağının bu unikal nemətinin dünyaya tanıdılmasında və təbliğ olunmasında növbəti uğurlu addıma çevrildi. Onu da qeyd edək ki, Göyçayda keçirilən və sorağı xeyli ölkəyə yayılan builki nar bayramının baş sponsoru “Aznar” şirkəti idi.
         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 19.11.10 | Baxılıb: 647

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30