ABŞ-ın dövlət katibi Hillari Klinton ATƏT-in Astana sammitində iştirak etmək üçün Qazaxıstana səfər edəcək.
KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda məlumatı ABŞ dövlət katibinin Cənubi və Orta Asiya üzrə köməkçisi Robert Bleyk verib.
Qeyd edək ki, ATƏT-in Astana sammiti dekabrın 1-2-də keçiriləcək.
Qazaxıstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, ATƏT-ə üzv olan 67 ölkədən 61-nin nümayəndəsi sammitdə iştirakını təsdiqləyib.
|