Sabah Bakıda, Xarici İşlər Nazirliyi və NATO Azərbaycan Beynəlxalq Məktəbinin birgə təşkilatçılığı ilə "NATO-nun Yeni Strateji Konsepsiyası: tərəfdaşlar tərəfindən müzakirələrə tövhə" mövzusunda konfransın keçirilməsi planlaşdırılır. Bu barədə məlumatı KƏLAMİNFO-ya XİN-nin mətbuat xidmətindən veriblər.
Konfrans "Hyatt Regency" mehmanxanasının "Guba Ballroom" otağında keçiriləcək.
Konfransda açılış nitqini xarici işlər nazirinin müavini Araz Əzimov söyləyəcək.
|