Sabah Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) tərəfindən Ağsu rayonunda məskunlaşan məcburi köçkünlərə ərzaq yardımı paylanacaq. DTXK-nin mətbuat xidmətinin rəhbəri Eldar Sadiq KƏLAMİNFO-ya bildirib ki, bu yardım Qurban Bayramı ilə bağlı məcburi köçkün ailələrinə veriləcək.
Onun sözlərinə görə, dəyəri 14 min 160 manat olan ərzaq yardımı Ağsuda məskunlaşan 377 ailəyə paylanacaq.
|