Gürcüstanda qafqazşünasların ikinci beynəlxalq konfransı başlayıb. KƏLAMİNFO Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Tbilisi Dövlət Universitetində keçirilən konfransda Azərbaycan, Türkiyə, Rusiya, Avropa və ABŞ-ın bir sıra mütəxəssisləri iştirak edir. Konfransda 220 məruzəçinin çıxışı planlaşdırılıb. Konfransın əsas məqsədi dünya ölkələrinin alimləri arasında əlaqələri inkişaf etdirmək, sülh və vahid “Qafqaz evi” ideyasını dərinləşdirməkdir.
Konfrans noyabırın 12-dək davam edəcək.
Xatırladaq ki, qafqazşünasların birinci beynəlxalq konfransı 2007-ci ilin oktyabr ayında keçirilib.
|