Sabah Tehranda Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı ölkələrin prezidentlərinin Xəzər məsələləri üzrə xüsusi nümayəndələri və xarici işlər nazirlərinin müavinlərinin 27-ci iclası keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, iki gün davam edəcək iclasda Xəzəryanı dövlətlərin prezidentlərinin noyabrın 18-də Bakıda keçiriləcək zirvə görüşünə dair bəzi məsələlər müzakirə ediləcək.
|